UEFA Avropa Liqasının qrup mərhələsində bu gün IV turun oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, H qrupunda yer alan “Qarabağ” Almaniyanın “Bayer” klubu ilə üz-üzə gəlib. Qurban Qurbanovun yetirmələri görüşdən məğlubiyyətlə ayrılıb -0:1
Bu nəticənin ardından “Bayer” 12 xalla qrup liderliyini davam etdirib. “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.
UEFA Avropa Liqası
H qrupu, IV tur
9 noyabr
21:45. “Qarabağ” (Azərbaycan) – “Bayer” (Almaniya) 0:1
Qol: Bonifeys, 90+4 (p)
Baş hakim: Kreyq Pouson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu