“Mançester Yunayted”in hücumçusu Rasmus Haylunn Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Kopenhagen”ə məğlubiyyəti (3:4) şərh edib.
İdmanxeber.az-ın məlumatına görə, danimarkalı oyunçu qarşılaşma barədə bunları deyib:
“Çox yaxşı başladıq və oyuna nəzarət etdik. Nəticəyə baxmasanız, yaxşı oynadığımızı düşünürəm. Amma bir az yavaşladıq və onlar özlərinə inandılar. Tamaşaçıların burada komandaya necə kömək edə biləcəyini bilirəm. Bu, onlara təkan verdi”.
Kopenhagen bu Çempionlar Liqasında ilk qələbəsini qazanaraq A qrupunda 4 xalla 2-ci pilləyə yüksəlib. “Mançester Yunayted” 3 xalla sonuncudur.