24 Sentyabr 2024
Dünya futbolu

“Qalatasaray”a qarşı qələbə qazanmaq asan deyil” – Tomas Tuxel

“Bayer Münhen”in baş məşqçisi Tomas Tuxel “Qalatasaray” oyunu (2:1) sonrası açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis İstanbul klubunun olduqca güclü olduğunu bildirib:

“Qalatasaray” bizə qədər ardıcıl qələbələr qazanırdı. Son 21 görüşdə cəmi 2 məğlubiyyətləri var. Onlara qarşı qələbə qazanmaq asan deyil. Belə bir qrupdan çıxdığımız üçün özümüzü xoşbəxt hiss etməliyik”.

“Bayer Münhen” qrupdakı 4 oyunda 12 xal toplayaraq birinci yerdədir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43