“Bayer” klubunun futbolçusu Qranit Xaka komandası barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi yay fasiləsində “Arsenal”dan Bundesliqa təmsilçisinə transfer olunmaqda doğru qərar qəbul etdiyini bildirib:
“Bu klubun Avropada böyük nüfuzu var. Baş məşqçi Xabi Alonso ilə danışıqlar zamanı hiss etdim ki, uzunmüddətli layihə üçün bura gəlməyə dəyər. Həm avrokuboklarda, həm də Bundesliqada iddialıyıq. Klubun necə düzgün idarə olunduğunu görürəm”.
“Bayer” növbəti oyununu bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək.