24 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” – “Bayer” oyununa bütün biletlər satıldı

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda bu gün keçiriləcək “Qarabağ” – “Bayer” oyununa 30 min bilet satılıb.

İdmanxeber.az-ın məlumatına görə, matç üçün bütün biletlər satılıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə tribunalar tam dolu olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43