22 Sentyabr 2024
Ölkə futbolu

“Həmin epizod penalti idi” – Xabi Alonso

“İlk 15 dəqiqə çox gərgin keçdi. Bütün hücumların qarşısını almağa çalışırdıq. Buna rəğmən qalib gəldik. Penaltidən də olsa, qələbə qələbədir. Qrupda birinci yerdəyik. Amma qələbələri sıralamalıyıq. Futbolçularımız get-gedə daha üstün oyunlar göstərməyə çalışırlar”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Bayer”in baş məşqçisi Xabi Alonso “Qarabağ” oyunu (1:0) barədə deyib. O, daha sonra belə davam edib:

“Bu gün “Qarabağ” bizi heç nə ilə təəccübləndirmədi. Bilirdik ki, hansı komanda ilə oynayırıq. Rəqibin necə oynadığını da bilirdik. “Qarabağ” güclü komandadır. Bunu nəzərə alıb, bura gəlmişdik”.

İspaniyalı mütəxəssis görüşün son dəqiqələrində təyin edilən penalti epizoduna da münasibət bildirib:

“Hakimin qərarı doğru idi. Epizod penaltidir, istər ilk dəqiqələr olsun, istərsə də son dəqiqələrdə. Əgər əllə oyun var idisə, top qapı tərəf gedirdisə, penalti idi. Referilər bu qərarı verir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43