22 Sentyabr 2024
Dünya futbolu

“Əl-Hilal” Neymarın müqaviləsini dayandırmaq istəyir

Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı hücumçu Neymarla müqaviləni dayandıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik qış transfer pəncərəsində daha bir legioner oyunçu heyətə cəlb etmək üçün braziliyalının sözləşməsini dondurmaq niyyətindədir.

Neymar oktyabrın 18-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) ciddi zədə alıb. Forvardın sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub. Onun bərpası altı aydan çox çəkəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43