22 Sentyabr 2024
Ölkə futbolu

“Kəpəz” legionerini əvəzedici heyətə göndərdi

Baş məşçqi ilə yollarını ayıran “Kəpəz” heyətin əsas üzvlərindən biri olan futbolçunu cəzalandırıb.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Mate Kvirkviyadan gedir. Gürcüstanlı oyunçunun son dönəmlərdəki performansı bəyənilmir. Bu səbəbdən o, əvəzedici heyətə göndərilib. 

Xatırladaq ki, Gəncə təmsilçisi Premyer Liqanın son turunda “Qarabağ”a 1:7 hesabı ilə uduzduqdan sonra baş məşqçi Azər Məmmədovla yollarını ayırıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43