“Mançester Yunayted”in keçmiş futbolçusu David de Xea İspaniya klubunun futbolçusu ola bilər.
İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı qolkiper “Betis”lə danışıqlar aparır. O, qış transfer pəncərəsində 6 aylıq müqavilə ilə komandaya qoşulacaq.
De Xeanın “Mançester Yunayted”lə müqaviləsi bu yay başa çatıb. O vaxtdan o, azad agentdir. Qapıçı 2011-ci ildən komandada çıxış edir.