22 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”da ciddi itki – “Molde” ilə oyunda olmayacaq!

“Qarabağ” UEFA Avropa Liqası qrup mərhələsinin 5-ci turunda “Molde” ilə oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, “Bayer”lə görüşdə sarı vərəqə alan Julio Romao qrup mərhələsində 3-cü rəsmi xəbərdarlığını alıb. Bununla da braziliyalı “Molde” matçında cəzalı duruma düşüb. Qurban Qurbanon Norveç səfərində Romaonun xidmətindən yararlana bilməyəcək.

“Molde” – “Qarabağ” matçı noyabrın 30-da, saat 00:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43