21 Sentyabr 2024
Dünya futbolu

“Məğlubiyyətə layiq oynadıq” – Joze Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının qrup mərhələsinin IV tur matçında “Slaviya”ya məğlubiyyəti (0:2) şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis komandasının yaxşı oynamadığını bildirib:

“Slaviya” həqiqətən qələbəyə, biz isə məğlubiyyətə layiq idik. Rəqib biz Romada çıxış etdiyimiz kimi oynadı. Biz bu matçı cinahda Zalevski, hücumçu kimi isə El Şaaravi ilə keçirməyə hazırlaşırdıq, lakin məğlubiyyətimizin səbəbi bu deyil”.

“Slaviya” və “Roma”nın hərəyə 9 xalı var və G qrupuna başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43