Alfonso Deyvis gələn yay “Real”a transfer olunmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı kanadalı və “kral klubu” artıq bir çox məsələlərdə razılığa gəlib.
Deyvis bu mövsüm “Bavariya” formasıyla 17 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə oyunçunun dəyəri 70 milyon avrodur.