21 Sentyabr 2024
Ölkə futbolu

AFFA-dan “Zirə”nin futbolçusuna sərt cəza

AFFA İntizam Komitəsi “Zirə”nin futbolçusu Vladislav Kulaçı 4 oyunluq cəzalandırıb.

İdmanxeber.az xəbər verir ki, buna səbəb ukraynalı hücumçunun Misli Premyer Liqasının 12-ci turunda “Sabah”la oyunun 90-cı dəqiqəsində təcavüzkar davranışı olub.

Buna görə “Zirə” klubu 3 min manat cərimə də edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43