“Beşiktaş” Burak Yılmazın vəzifəsindən istefa etdiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Şenol Güneşin ayrılığından sonra “ağ-qaralar”ın başına keçən Burakın da ömrü uzun olmayıb. Ardıcıl gələn məğlubiyyətlərdən sonra 38 yaşlı mütəxəssis bu qərarı verib.
“Beşiktaş”da seçkilərə qədər yeni baş məşqçinin Rıza Çalımbay olacağı gözlənilir.