21 Sentyabr 2024
Dünya futbolu

Noyer Almaniya millisinə qayıtmaq istəyir

“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya millisinin əsas komandasına qayıtmaq istədiyini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, o, bunu komandanın baş məşqçisi ilə müzakirə etdiyini bildirib.

“Mən Nagelsmann ilə əlaqə saxlayıram. Danışdıq və ortaq məxrəcə gəldik. İndi məni dəvət edə bilmir, amma irəliləyiş görəcəyinə ümid edir. Milli komandaya qayıtmaq üçün mümkün olan hər şeyi edəcəyəm”.

Noyer sonuncu dəfə dekabrın 1-də, DÇ-2022-də Kosta Rika – Almaniya matçında (2:4) meydana çıxıb. Turnirdən sonra o, məzuniyyətdə xizək sürərkən baldır sümüyü sınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43