Angelos Postekoğlu Premyer Liqada oktyabr ayının ən yaxşı baş məşqçisi seçilib.
İdmanxeber.az-ın məlumatına görə, 58 yaşlı mütəxəssis ardıcıl 3-cü ay bu mükafatı qazanıb.
“Tottenhem” oktyabrda oynadığı 3 matçı da qazanıb. London klubu səfərdə “Luton” və “Kristal Pelası”, evdə isə “Fulhem”i məğlub edib.