20 Sentyabr 2024
Ölkə futbolu

“Bəzi futbolçularımızın oyununda eniş var” – Azər Bağırov

“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Vacib qələbə qazandılar”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov “Kəpəz” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Qarabağ”la matçdan sonra hələ ki oyunumuzu tapa bilmirik. Ola bilsin, hansısa epizodları düzgün edirik, amma istədiyim “Araz-Naxçıvan” bu deyil. Oyunu analiz edən zaman futbolçulara bildirdik ki, rəqib kəsərli hücumlar qurur, bundan sığortalanmağın yollarını da demişdik. Səhvimiz hücum fazasına keçidlə bağlıdır. Biz elə komandayıq ki, yaratdığımız epizodları qola çevirməyəndə sonra daha çətin olur.
Bəzi futbolçularımızın oyununda eniş var. Kuzmanoviç əvvəlki turlarda göstərdiyi performansdan uzaqdı, əvəzində Nuno daha yaxşı çıxış edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43