Niderland birinci divizionunda 14-cü turun oyunları keçirilib.
İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün də formasını geyindiyi “Eyndhoven” evdə “Venlo” ilə qarşılaşıb. Qonaqlar görüşdən 0:2 hesabı ilə məğlub ayrılıb.
Ozan Can Kökçu bu oyunda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Eyndhoven” hazırda çempionatın turnir cədvəlində 21 xalla 10-cudur.