Fil Cagelka peşəkar futbol karyerasını bitirdiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, “Şeffild Yunayted”də karyerasına başlayan 41 yaşlı müdafiəçi 2007-19-ci illər arasında “Everton”da çıxış edib. Cagelkanın son klubu “Stok Siti” olub.
O, Premyer Liqada 376 oyuna çıxıb. İngiltərə millisinin heyətində isə 40 oyunda meydanda olub.