20 Sentyabr 2024
Dünya futbolu

Çempionlar Liqası: “Bavariya” “Latsio”nu, “Real Sosyedad” PSJ-ni qəbul edir – YENİLƏNİR

Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start veriləcək.

İdmanxeber.az xəbər verir ki,  ilk gündə 2 matç keçiriləcək. “Bavariya” “Latsio”nu qəbul edəcək. Bu komandalar arasında ilk görüş İtaliya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

PSJ isə “Real Sosyedad”ın qonağı olacaq. Paris təmsilçisi 1-ci görüşdə rəqibini 2:0 hesabı ilə məğub edib. 

 

Qeyd edək ki, 1/8 finalın digər cavab oyunları 6,12, 13 mart tarixlərində keçiriləcək.

5 mart

00:00. “Bavariya” (Almaniya) – “Latsio” (İtaliya)
İlk oyun – 0:1

00:00. “Real Sosyedad” (İspaniya) – PSJ (Fransa)
İlk oyun – 0:2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43