20 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ” 2 legioneri ilə bağlı sərt qərar verdi

Doğma meydanda “Səbail”ə uduzan (2:3) “Qəbələ”də oyunun ardından komanda üzvləri ilə iclas keçirilib. Toplantıda uğursuz gedişatın səbəbkarlarından sayılan iki futbolçu cəzalanıb. 

“Səbail”lə matç da daxil olmaqla bir neçə oyunda qırmızı vərəqə alaraq komandanı pis vəziyyətdə qoyan Lukas Afriko artıq rəhbərliyinin səbrini daşırıb. Braziliyalı müdafiəçiyə böyük məbləğdə pul cəzası verilib. 

Rəhbərliyin qəzəbinə tuş gələn digər futbolçu isə Gilad Abramov olub. Mövsümün əvvəlindən ümidləri doğrultmayan israilli yarımmüdafiəçi əsas komandadan uzaqlaşdırılıb.

O, bundan sonra məşqlərini əvəzedici heyətlə davam etdirəcək. 

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43