20 Sentyabr 2024
Dünya futbolu

“Barselona”lılar həqiqəti bilmək istəyir” – Jerar Pike

“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike klub rəhbərliyini tənqid edib.

İdmanxeber.az-ın məlumatına görə, o, klubun yaxşı idarə edilmədəyini bildirib:

“Barselona”lılar həqiqəti bilmək istəyir. Edə bilməyəcəkləri vədlərə verib klubun Çempionlar Liqasını qazanacağını söyləyirlər. Klubun indiki vəziyyətini bilmirəm, o qədər də yaxşı görünmür”.

“Barselona” hazırda 58 xalla La Liqa turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Kataloniyalılar lider “Real”dan 8, “Jirona”dan isə bir xal geri qalırlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43