20 Sentyabr 2024
Ölkə futbolu

Qazaxıstanda oynayan futbolçu Azərbaycan millisindən imtina etdi

Qazaxıstanın “Jenis” klubunun futbolçusu Raul Allahverdiyev Azərbaycan millisində oynamaqdan imtina edib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə futbolçu özü açıqlama verib: “Mənə olan diqqətdən məmnunam. Amma Qazaxıstanın gənclərdən ibarət komandasının oyunçusuyam. 15 yaşımda “Jenis”in heyətində peşəkar futbolda debüt etdim. Bu klubu və Qazaxıstanı öz evim hesab edirəm. Bu ölkənin yığmasına düşməyə çalışacağam”.

Raul Allahverdiyev Qazaxıstanın U-17 yığmasında çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43