10 Noyabr 2024
Ölkə futbolu

“Neftçi” və “Qarabağ” cərimə edildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az məlumat verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XXV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zirə” – “Turan Tovuz” oyununun 43-cü dəqiqəsində “Zirə” klubunun 70 nömrəli futbolçusu İssa Cibrila rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Zirə” klubu 800 manat cərimə edilir (maddə 41);

“Qəbələ” – “Səbail” oyununun 40-cı dəqiqəsində “Qəbələ” klubunun 4 nömrəli futbolçusu Lukas Afriko rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 41);

“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);

“Neftçi” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Neftçi” – “Qarabağ” oyununun 63-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

“Neftçi” – “Qarabağ” oyunundan əvvəl “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 43.7).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43