“Arsenal” ötən gecə səfərdə “Şeffild Yunayted”i məğlub edib – 0:6
İdmanxeber.az-ın məlumatına görə, Mikel Artetanın yetirmələri Premyer Liqada ardıcıl yeddinci qələbəsini qazanıb. London klubu bu oyunlar beşində böyükhesablı qələbə əldə edib.
“Arsenal” 61 xalla 3-cü yerdədir. “Topçular” lider “Liverpul”un 2, 2-ci “Mançester Siti”dən isə 1 xal geri qalır.