21 Sentyabr 2024
Dünya futbolu

“Bavariya”nın maraqlandığı “Bayer”li

“Bavariya” Ceremi Frimponqu transfer siyahısına əlavə edib.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu 23 yaşlı sağ cinah müdafiəçisi üçün yayda “Bayer”lə danışıqlar aparacaq.

Frimponq 2021-ci ilin yanvarından Leverkuzen klubunda çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 30 oyunda 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə niderlandlı oyunçunun dəyəri 50 milyon avrodur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43