“Araz-Naxçıvan”ın iki futbolçusu Orxan Əliyev və Aksel Nqando yüngül zədə səbəbindən bu gün keçirilən məşqdə iştirak etməyiblər.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onların Azərbaycan Premyer Liqasının 26-cı turunda keçiriləcək “Turan Tovuz”la matça hazır olub-olmayacaqları qarşıdakı günlərdə məlum olacaq.
Qeyd edək ki, “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu martın 10-da, saat 15:30-da Tovuz şəhər stadionunda keçiriləcək.