22 Sentyabr 2024
Dünya futbolu

Rummenigge niderlandlı forvardın gələcəyi barədə danışıb

”Bolonya”da çıxış edən Coşua Zirkzee bu mövsümkü performansıyla diqqətləri üzərinə çəkməyi bacarıb.

İdmanxeber.az-ın məlumatına görə, niderlandlı forvardın müqaviləsindəki bəndə əsasən “Bavariya” oyunçunu 40 milyon avroya yenidən heyətinə qata bilər.

Münhen klubunun idarə heyətinin üzvü Karl-Hayntz Rummenigge bu barədə fikirlərini bildirib:

”Mən yeni idman direktoru Maks Eberlin işinə qarışmaq istəmirəm. Bilmirəm ki, biz bu bəndi aktiv edəcəyik yoxsa yox. Bu tamamilə klubun yay transfer strategiyasından asılı olacaq”.

Zirkzee bu mövsüm İtaliya A seriyasında 26 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43