”Əl-Nəsr”in oyunçusu Anderson Taliska ciddi zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı oyunçunun hamstrinq zədəsindən ötrü bu mövsüm bir daha meydana çıxmayacağı gözlənilir.
Taliska 2021-ci ildən “Əl-Nəsr”də çıxış edir. O, bu mövsüm 25 oyunda 25 qol vurub və 4 məhsuldar ötürmə edib.