22 Sentyabr 2024
Dünya futbolu

Qalmaqallı hakim 2 oyunluq cəzalandı

İspaniya La Liqasının XXVII turunun “Valensiya” – “Real” oyununu idarə edən baş hakim Xesus Gil Mansano cəzalanıb.

İdmanxeber.az məlumat verir ki, referi iki turluq diskvalifikasiya olunub.

Mansano “Real”ın matçın son saniyələrində vurduğu qolu qeydə almayıb. Təhlükəli hücumun yarısında oyunu dayandıran baş hakim madridlilərin futbolçusu Cud Bellingemi qırmızı vərəqəylə cəzalandırıb.

Görüş 2:2 hesabıyla başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43