Çempionlar Liqasında sabah keçiriləcək “Mançester Siti” – “Kopenhagen” oyunu öncəsi mətbuat konfransı keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, konfransa qatılan Erlinq Haaland ilin ən yaxşı oyunçusunun özü yox Lionel Messi seçilməsi barədə danışıb:
”Mən bilmirəm. Messi dünya çempionu olmuşdu. Mən düşünürəm ki, Messi indiyə qədər oynamış ən yaxşı oyunçudur”.
Haaland ötən mövsüm klubuyla Çempionlar Liqasını qazanmış və 53 oyunda 52 qol vurmuşdu.