22 Sentyabr 2024
Dünya futbolu

Türkiyə Süperliqasında növbəti məşqçi ayrılığı

“Qaziantep” baş məşqçi Marius Şumudikayla yollarını ayıracaq.

İdmanxeber.az yerli mediaya əsasən xəbər verir ki, ard-arda gələn pis nəticələrdən sonra klub rəhbərliyi bu qərarı verib. 

Şumudika ötən ilin sentyabrından bəri Anadolu klubuna rəhbərlik edirdi. Bu rumıniyalı mütəxəssisin Qaziantepdə ikinci dönəmiydi.

Bu ayrılıq bu mövsüm Türkiyə Süperliqasında 24-cü məşqçi dəyişikliyi oldu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43