“Sabah”ın yeni baş məşqçisi Krunoslav Renduliç kluba təyinatından danışıb.
İdmanxeber.az xəbər verir ki, mütəxəssis paytaxt təmsilçisinin saytına açıqlamasında əvvəlcə öz uğurlarından söz açıb:
O, qarşıya qoyduğu hədəflərdən də danışıb: “Futbolçular üçün zehni və fiziki güc çox vacibdir. Mən özüm futbolçu kimi istəkli olmuşam. Bu cür oyunçular mənim xoşuma gəlir. Hətta istedadlı futbolçulara da uğur qazanmaq üçün istək və əzm lazımdır.
İlk işə başladığım gündən mənim hədəflərim var idi. Mən o hədəflərə yüksək səviyyədə nail olmaq istəyirəm. Həyatda olduğu kimi, futbolda da qarşınıza kiçik hədəflər qoymağınız sizi böyük hədəflərə çatdırmayacaq. Ancaq böyük hədəflərə köklənməklə bu mövsüm məqsədə nail olmaq olar. Ona görə də düşünürəm ki, iddialı olmalı və bu mövsüm 2-ci yer uğrunda mübarizə aparmalıyıq. Məncə, buna nail olmaq üçün kifayət qədər güclü komandamız var. Sadəcə bir söz demək istəyirəm: çalışacağıq, mübarizə aparacağıq və daim istəkli olacağıq”.
Qeyd edək ki, “Sabah” ötən gün Renduliçlə 1,5 illik müqavilə bağlayıb.