23 Sentyabr 2024
İdman

Alperen Şengünün karyera gecəsi

NBA-də ötən gecə “Hyuston Rokets” evində “San Antonio Spörs”ü qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, Texas derbisində qazanan ev sahibləri olub – 114:101

Roketsdə çıxış edən Alperen Şengün üçün oyun əlamətdar olub. O, 45 xalla karyera rekordunu qırıb. Türkiyəli oyunuçu həmçinin 16 ribaund, 3 assist və 5 top oğurlamayla oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43