23 Sentyabr 2024
Dünya futbolu

Noyer Kasilyasa çatdı

“Bavariya” Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Latsio”ya 3:0 hesabıyla qalib gəlib.

İdmanxeber.az-ın məlumatına görə, görüşdə qapısını toxunulmaz saxlamağı bacaran Manuel Noyer “Real”ın sabiq qolkiperi İker Kasilyasın rekordunu təkrarlayıb.

Belə ki, Noyer Çempionlar Liqasında 57-ci quru oyununu keçirib.

O, bunu 136 matçda bacarıb. Kasilyasda isə bu göstərici 177-dir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43