23 Sentyabr 2024
Dünya futbolu

“Borussiya” Terziçin əvəzləyicisini tapıb

Dortmund “Borussiya”sı mövsümün sonunda baş məşqçi Edin Terziçlə yolları ayırmağı düşünür.

İdmanxeber.az “Foot Mercato” portalına əsasən xəbər verir ki, Dortmund klubu onun yerinə Yulian Nagelsmanı gətirməyi düşünür. 

36 yaşlı mütəxəssis hazırda Almaniya milisini çalışdırır. Onun “bundestim”lə müqaviləsi bu ilin yayında bitir.

”Borussiya” Bundesliqada 44 xalla dördüncüdür. Onlar lider “Bayer” dən 20 xal geri qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43