“Qarabağ” hücumda çox güclüdür. Müdafiədə isə bir az zəifdirlər. Amma çətin oyun olacaq, çoxlarının təsəvvür etdiyi kimi asan olmayacaq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Bayer”in futbolçusu Robert Endrix Avropa Liqası 1/8 final mərhələsinin “Qarabağ”la matçından öncə keçirilən mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:
“İlk matçı səfərdə keçirməyimizi üstünlük hesab edirəm. Təbii ki, səfər qolları qaydası artıq mövcud deyil. Çox istərdim ki, evdə, “Bay Arena”da növbəti mərhələyə adlaya bilək”.