24 Sentyabr 2024
Ölkə futbolu

“Bu cür rəqiblər sənin dərhal zəif yerlərini göstərir“ – Bədavi Hüseynov

“Sabah biz Avropanın hazırda ən yaxşı komandasına qarşı oynayacağıq. Yaxşı oyun göstərmək istəyirik. Son iki matçdan da çox gücü “Bayer”lə görüşdə sərf etməliyik. Psixoloji cəhətdən böyük təzyiq yoxdur. Çünki onlara qarşı bu mövsüm iki dəfə oynamışıq. Baxımlı, yaxşı futbol üçün ən yaxşısını edəcəyik”.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Bu cür rəqiblər sənin dərhal zəif yerlərini göstərir. Onları analiz etmişik. Son matçlar bizə daha çox motivasiya verib. Biz əvvəlki matçlardan daha yaxşı oyun göstərə bilərik. Hansısa anlarda eyni səviyyədə oynamışdıq. Son oyundan sonra səviyyəmiz də qalxıb. Sabah səhvlərə yol verməməyə, inamlı oynamağa çalışacağıq ki, oyunu yaxşı nəticə ilə başa vuraq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43