24 Sentyabr 2024
Dünya futbolu

Bellinqem 2 oyunluq cəzalandı

”Real”ın oyunçusu Cud Bellinqem La Liqanın növbəti iki turunda oynaya bilməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb isə ingiltərəli yarımmüdafiəçinin son turda keçirilən “Valensiya”yla görüşdə oyun bitəndən sonra hakimə şiddətli etirazlarına görə aldığı qırmızı vərəqə olub.

Xatırladaq ki, həmin görüşdə “Real” kornerdən istifadə edərkən hakim top havada olanda oyunu bitirib. Buna görə də Bellinqemin qolu qeydə alınmayıb.

20 yaşlı oyunçu bu mövsüm 16 qolla La Liqanın bombardiridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43