Qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisi ilk matçını aprelin 5-də səfərdə Macarıstana qarşı keçirəcək. Komanda son oyununa da səfərdə çıxacaq.
5 aprel. Macarıstan – Azərbaycan
9 aprel. Azərbaycan – İsveçrə
31 may. Azərbaycan – Türkiyə
4 iyun. Türkiyə – Azərbaycan
12 iyul. Azərbaycan – Macarıstan
16 iyul. İsveçrə – Azərbaycan
Qeyd edək ki, AVRO-2025-in final mərhələsi İsveçrədə təşkil olunacaq.