24 Sentyabr 2024
Ölkə futbolu

Vüsal İsgəndərli milliyə dəvət alıb

Vüsal İsgəndərli Azərbaycan millisinə dəvət alıb.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Boluspor”da çıxış edən futbolçu  “FIFA series–Edition 2024” turniri çərçivəsində Monqolustan və Bolqarıstana qarşı keçiriləcək matçlar üçün yığmaya cəlb ediləcək.

Xatırladaq ki, sözügedən turnirin görüşləri Bakıda gerçəkləşəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43