27 Sentyabr 2024
Dünya futbolu

“Real”a zədəli oyunçularından sevindirici xəbər

”Real” iki oyun nəticəsində “Leypziq”i məğlub edərək Çempionlar Liqasında 1/4 finala yüksəlib.

İdmanxeber.az-ın məlumatına görə, görüşdən sonra Madrid klubunun baş məşqçisi Karlo Ançelotti uzun müddətdir meydanlardan uzaq qalan Tibo Kurtua və Eder Militao 1/4 final oyunlarında heyətdə olacaqlarını açıqlayıb.

Kurtua sonuncu dəfə “Real” formasıyla oyuna ötən ilin iyununda, Militao isə avqustunda çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43