Rafael Nadal İndian Vellsdə iştirak edə bilıməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı tennisçi bu səhər sosial şəbəkə hesabından etdiyi açıqlamada bədənin bu mübarizəyə hələ hazır olmadığını yazıb.
Dünən start götürən İndian Vells turnirinin final görüşü 17 martda keçiriləcək. Nadalı bu turnirdə hindistanlı Sumit Nagal əvəz edəcək. O, ilk mərhələdə kanadalı Miloş Raoniçlə üz-üzə gələcək.