28 Sentyabr 2024
Ölkə futbolu

“Bayer” “Qarabağ”a qarşı ehtiyat qapıçı ilə oynayacaq

“Bayer”in baş məşqçisi Xabi Alonso “Qarabağ”a qarşı  oyunlarında ehtiyat qapıçıya güvənəcək.

İdmanxeber.az-ın məlumartına görə, bu barədə ispaniyalı mütəxəssis yerli mətbuata açıqlama verib. O, həm Bakıdakı, həm də Leverkuzendəki qarşılaşmada ikinci qapıçı Matey Kovarın meydanda olacağını bildirib.

“Qarabağ” – “Bayer” matçı bu gün saat 21:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43