Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Mançester Siti” “Kopenhagen”ə qalib gəlib (3:1).
İdmanxeber.az-ın məlumatına görə, Pep Qvardiolanın komandası bununla Çempionlar Liqasında ardıcıl 10 qələbə qazanan ilk İngiltərə komandası olub.
“Mançester Siti”nin 1/4 finaldakı rəqibi püşkatmasının nəticəsinə əsasən müəyyənləşəcək.