28 Sentyabr 2024
Ölkə futbolu

“Bayer”in ilk məğlubiyyətini “Qarabağ”dan alacağını düşünürəm”

“Bu mövsüm 34 oyunun heç birində məğlub olmayan komandaya qarşı oynayacağıq. Əlbəttə, favorit “Bayer”dir. Hətta turnirin potensial finalçılarından biridir. Bütün bunlar rəqibin gücünü göstərir. Amma biz yenə də komandamıza güvənirik. Təmilçimizin necə oyunlar keçirdiyi hamıya yaxşı məlumdur. Mən “Bayer”in ilk məğlubiyyətini “Qarabağ”dan alacağını düşünürəm”.

Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin sabiq baş məşqçisi Zaur Həşimov “Qarabağ” – “Bayer” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

Belə oyunlara yanaşmalar müxtəlif olur. Hər kəs özü üçün ssenari qurur, müxtəlif fikirlər səsləndirir. Amma əsas məşqçilər heyətinin nə fikirləşdiyidi. Çünki onların qərarları oyunun nəticəsinə təsir edir. “Qarabağ”ın məşqçilər heyəti vacib oyunu öncəsi pozitiv görünür. Bu da müsbət haldır. Komandamız bu mərhələni keçməsə belə, bu görüşlərdən çox şey öyrənəcək”.

“Qarabağ”ın sabiq futbolçusu “Bayer”in əsas diqqətini Bundesliqaya yönəldəcəyini iddia edənlərlə razılaşmayıb:

“Xeyr, qətiyyən razı deyiləm. Xabi Alonso gənc məşqçidir. O, özünü sübut etmək istəyir. Avrokuboklarda da, Bundesliqada da iz buraxmaq, uğurlu nəticələr qazanmaq niyyətindədi. Bütün oyunlara final kimi yanaşırlar. Hər iki titulu qazanmaq üçün güclü heyətləri var”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43