UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Bayer” (2:2) oyunundan sonra qonaq komandanın baş məşqçisi Xabi Alonso jurnalistlərin suallarını cavablandırdı.
İdmanxeber.az məlumat verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Gərgin oyun oldu. Çətin olacağını bildirdik. İlk hissədə üstünlük “Qarabağ”da idi. İkinci hissəyə yaxşı başladıq. Nəticədən razıyam. Gələn həftə səhvsiz daha yaxşı oynamağa çalışacağıq.
– Uzun illər sonra Bundesliqada lidersiniz. Bu haqda nə deyə bilərsiniz?
– Bugünkü oyun haqda danışaq. Bundesliqanı sabahdan düşünək.
– Demişdiniz ki, “Braqa” ilə matçda tipik “Qarabağ” oyunu oldu. Bəs “Qarabağ” bu gün sizi nə ilə təəccübləndirdi?
– Bilirdim ki, çətin olacaq. Qrup mərhələsindəki oyun kimi çətin oldu. Güclü rəqib gördük. Nəticəni bilmirəm necə olacaq, hər şey Almaniyada həll olunacaq.
– Alonso Qurban dostluğu nəticəyə nə qədər təsir göstərdi?
– Təsiri olmadı. Biz çalışırıq ki, oyunçuları matça hazırlayaq. Təsiri futbolçular meydanda göstərdi.
– Bu gün məğlub olsaydınız, məğlubiyyətsiz oyun seriasının qırılmasına çoxmu üzüləcəkdiniz?
– Buna çox da diqqət etmirəm. Əsas odur komanda yaxşı oynasın. Futboldur hər şey olar. Birinci hissənin nəticəsi yaxşı olmadı, amma ikinci hissə yaxşı oldu.
– Sizca, bu gün “Qarabağ”ın bəxtimi gətirmədi?
– Birinci hissədə komandanın bəxti gətirmişdi. 2:0 rəqib öndə idi. Amma ikinci hissədə “Qarabağ”ın bəxti gətirmədi. Rəqib qollar vura bilərdi. Həqiqətən də, rəqibin ikinci hissədə bəxti gətirmədi. Bu oyunda məğlub da ola bilərdik.
– “Qarabağ”la oyundan sonra Azərbaycan futbolu haqda nə düşünürsünüz?
– Azərbaycan futbolu deyəndə ağlıma “Qarabağ” gəlir. Xatırlayıram, komandanın ÇL-da “Atletiko” ilə oyununu. Həmin görüşü izləmişdim. İllərin uğurudur bu. Qurban Qurbanov yaxşı komanda qurub.
– İlk hissədə əsas heyətin oyunçuları meydanda deyildi. Bu “Qarabağ”ı bu heyətlə də məğlub edə bilərik düşüncəsi idi, yoxsa futbolçular yorğun idi?
– Hər bir oyunçuma inanıram. Heyəti quranda inanırdım ki, bu oyunçular “Qarabağ”ı uda bilər. Amma məşqçi üçün vacib onun ehtiyat oyunçularının olmasıdır. Bu gün ehtiyatdan daxil olanlar bizə kömək oldular.
– İndiyə kimi komandanın oynadığı ən zəif birinci hissəsi idi…
– Bu Bundesliqa oyunu deyil, pley-offdur. Düşünürəm ki, ən zəif birinci hissə deyildi. İstədiyimiz alınmadı. Ehtiyatdan girən oyunçular oyunun taleyini həll etdi.
– “Qarabağ”la üç oyununuz olub. Hansısa oyunçuların TOP-5-likdə oynamaq şansı var?
– Komandanın keyfiyyətli oyunçuları var. Bəziləri Bundesliqada oynaya bilər.
– Virtz və Cakanı ehtiyatda saxlamağınız sizcə düzgün idi?
– Bəlkə də səhvim idi… Amma nəzərə almalıyıq ki, biz 3 turnirdə iştirak edirik və oyunçular istirahət etməlidir.
– Bu gün komanda az qol şansları yaratdı. Bunun səbəbi nədir?
– Bu oyunu analiz edəcəm. Ötürmələrdə səhvlər var idi. Səhvlərin üzərində işləyəcəyik.