17 Noyabr 2024
Ölkə futbolu

Bizi yoran səbəblər

İlk hissədəki oyun, dinamika yalnız “Qarabağ” azarkeşləri üçün yox, bütün futbolsevərlərə xoş təsir bağışladı. Futbolu bilən, Avropa çempionatlarını izləyən hər kəs bu oyunun “top” səviyyədə olduğunu başa düşür.

Görüşün fasiləsində yazılan bütün xoş sözlərin də səbəbi bu idi. Çünki “Bayer”ə qarşı belə oynun göstərmək həm ləzzət edir, həm də bilənləri həyrətə salırdı.

Gücü səmərəli istifadə etmək məsələsinə gəlincə, nəticə istəyən komanda bunu bacarmır. Qarşındakı rəqibə qarşı üstünlük qurmağın, önə keçməyin tək yolu fövqəladə nəsə etməkdən keçir. “Qarabağ” da bunu etdi. Hər şeyini 45 dəqiqədə ortaya qoydu, nəticəni də aldı.

Ancaq futbol bir hissədən ibarət deyil. Təəssüf ki, komandanın bu gücü maksimum 60 dəqiqə çəkdi. Çünki davamlı bu tepmdə oynaya biləcəyin çempionatın, səni buna məcbur edəcək rəqiblərin yoxdur. Ayda-ildə bir dəfə bu dinamikanı yoxlayırsansa, o da yarımçıq qalmalıdı…

Bununla belə, ilk qolu Zubir “hədiyyə” edir, Jununyo isə fərqi artıra bilmir. Bəyənilməyən ikinci hissədə belə “Qarabağ” çox aciz qalmadı. Sadəcə, yoruldu.

Aşağı-yuxarı hər həftə bu tepmdə oynayan “Bayer”ə qarşı yalnız bu cəhətdə uduzmaq da nəticədi və başadüşüləndi. 

Nə qədər şablon səslənsə də, yenə problem eyni yerə dirənir. Ölkə futbolu, çempionatın səviyyəsi və rəqabətsizlik. Bizi yazmaqdan, “Qarabağ”ı isə meydanda yoran məhz bu amildir.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43