18 Noyabr 2024
Dünya futbolu

“Mançester Siti” portuqaliyalı oyunçunu satmaq istəyir

”Mançester Siti” yayda Joao Kanselonu satmağı düşünür.

İdmanxeber.az “Sport” nəşrinə əsasən xəbər verir ki, “şəhərlilər” portuqaliyalı cinah müdafiəçisi üçün 40 milyon avro tələb edəcək.

Kanselo hazırda icarə əsasında “Barselona”da çıxış edir. Maliyyə problemləri yaşayan Katalon klubu bu məbləği ödəyə bilməyəcək.

29 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə 30 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43