“Ştuttqart” baş məşqçi Sebastyan Hönessin müqaviləsini uzadıb.
İdmanxeber.az məlumat verir ki, 41 yaşlı məşqçinin sözləşməsinin müddəti 2027-ci ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Sebastyan Hönes 2023-cü ilin aprel ayından “Ştuttqart”ı çalışdırır. Komanda Bundesliqada 24 turdan sonra 50 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.